Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:32

Hərbi komissarlıqlar qeyri-müəyyən vəziyyətdə…


Hərbi xidmətdən möhlət hüququ olanlara çağırış vərəqəsi göndərilir
Hərbi xidmətdən möhlət hüququ olanlara çağırış vərəqəsi göndərilir
Rövşən Həsənovun himayəsində ikinci qrup əlil olan valideyni var. Ötən il Milli Məclisdə qəbul edilən, amma hələ ki, ölkə prezidentinin imzalamadığı «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna yeni dəyişikliklərə görə, Rövşənin artıq hərbi xidmətdən möhlət hüququ yoxdur. Amma hələ qanuna dəyişikliklər qüvvəyə minməsə də, artıq ona hərbi çağırış vərəqəsi gəlib, hətta Rövşən tibbi müayinədən də keçib. Ailəsində onun əsgərliyə getməsi münasibətilə məclis də qurulub. Atası Muraz Həsənov deyir ki, sonradan yerli hərbi komissarlıqdan onlara gözləməyi tapşırıblar: «Qanun qüvvəyə minməmiş çağırış vərəqəsi göndəriblər. Getməlidi, getsin. Aparmasalar, özüm gedib deyəcəm ki, aparın».

Rövşən də deyir ki, beş-altı gündür beləcə qeyri-müəyyən vəziyyətdə qalıb. Oxuduğu orta-peşə ixtisas məktəbində imtahanlarını da verməlidi, amma bilmir ki, əsgərliyə getsin, yoxsa, imtahanlarının dalınca. Ancaq deyir, bir halda ki, artıq onun möhlət hüququ ləğv olunub, gözləməyin mənası yoxdu.


Gəncə şəhəri Kəpəz Rayon Hərbi Komissarlığının rəis müavini Xəyyam Babayev himayəsində ikinci qrup valideyni olan, indiki qanunla hərbi xidmətdən möhlət hüquqlu gənclərə hərbi çağırış vərəqəsi göndərildiyini təsdiqləyir. Deyir ki, çağırış vərəqəsini göndərmək onların vəzifə borcudur: «Ancaq hələlik əsgərliyə aparmırıq. Nə vaxt desələr, o vaxt da aparacağıq».


Milli Məclisdə sözügedən qanuna qəbul edilən digər dəyişikliklərə görə, hərbi çağırış ayın 1-dən 31-dək davam edir. İndi hərbi komissarlıqda da hələlik bilmirlər ki, hərbi çağırış müddəti köhnə qaydalarla tənzimlənəcək, yoxsa yeni. Xəyyam Babayev ümid edir ki, yaxın günlərdə indiki qeyri-müəyyənlik aradan qalxacaq.


XS
SM
MD
LG