Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:13

Saqqal saxlayan futbolçu oyuna buraxılmır


Pərviz Tursunov saqqalını qırxmaqdansa futboldan getməyə hazırdır
Pərviz Tursunov saqqalını qırxmaqdansa futboldan getməyə hazırdır
Tacikistanda “Xayr-Vaxdat” futbol klubunun əsas oyunçusu Parviz Tursunov son 2 oyunda əsas heyətə salınmayıb. Komandanın məşqçisi Tokhir Muminov bildirib ki, bunu etməyə polis icazə verməyib. Səbəbi isə Tursunovun dini baxışlarına görə saqqal saxlamasıdır.

Tacikistan Daxili İşlər Nazirliyi bu hərəkətə yol verən polis zabitlərinin cəzalandırılacağını bildirib.

Saqqal saxladığı üçün oyuna çıxması qadağan edilən Tursunov isə saqqalını qırxmaq fikrində olmadığını bildirib. Deyib ki, saqqalı qırxmaqdansa, futbolu buraxmağa üstünlük verir.

Tacikistan hakimiyyəti ölkədə dini ekstremizmlə mübarizə bəhanəsi ilə gənc dindarların saqqal saxlamasına qarşı çıxır, hətta onları saxlayıb saqqallarını qırxmağa məcbur edirlər.
XS
SM
MD
LG