Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:36

Nizami Gəncəvi. Leyli və Məcnun (16)


əvvəli

DAYIM XACƏ ÖMƏRİN XATİRƏSİ

Xacə Ömər dayım ölüb gedəndə,
Düşdüm müsibətə, bəlaya mən də.
Bu acı tikənin acılığından
Ahım boğazımda qurudu, inan.
Ağlamam, fələkdən qorxum var, deyə,
Qorxuram, dayımın ruhu inciyə.
Saqi! Meyxananın şərab küpündən
Nargilə rəngində şərab ver ki, sən,
Onda dəniz boyda səxavət olsun,
Behişt şərbəti tək bir şərbət olsun.

davamı
XS
SM
MD
LG