Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:44

Nizami Gəncəvi. Leyli və Məcnun (23)


əvvəli

PADŞAHLARIN QULLUĞUNU TƏRK ETMƏK


Bir-iki rind ilə get müsahib ol,
Axtar bu dünyada qürursuz bir yol.
Zərrəylə dur otur, gün işığı tək,
Cəmşid sarayının fikrindən əl çək!
Padişah puluna tikmə gözünü,
Qanun kəməndinə salma özünü!
Şahlar məclisindən kənar ol, kənar!
Pambıq od görəndə alışıb yanar.
O od doludursa işıqla əgər,
Ondan uzaq olan asudə gəzər.
Işıq alırdısa pərvanə şamdan,
Yandı məclisinə düşdüyü zaman.
Saqi! Şərab gətir, könüldə qəm var,
Şərabla qəmləri dağıtmaq olar.
Ver o şərabı ki, safdır gümüş tək,
Onunla qəmlərdən qurtarır ürək.

davamı
XS
SM
MD
LG