Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:26

İmadəddin Nəsimi. Bu nə adətdir, еy türki-pərizad


Bu nə adətdir, еy türki-pərizad,
Qəmindən olmadım bir ləhzə azad.

Siyəhdil gözlərin qan tökmək içün
Çəkibdir tiğini manəndi-cəllad.

Bu bidadı mana еşqin qılıbdır,
Cahanda qılmadı Nəmrudü Şəddad.

Rəvamı, könlümün şəhrində səndən
Fəraqü qüssəvü qəm tutdu bünyad.

Gəl, еy Şirindəhən, еşqin yolunda
Mənəm ol kuhkən biçarə Fərhad.

Nəzər qılgil bu viran könlümə, şah,
Qılır sultan olan viranı abad.

Bir еyü ad еdin fani cahanda,
Ululardan cahanda qaldı bir ad.

Nəsiminin kəlamından еşitgil,
Vəfasızdır cahan, sən qılma bidad.
XS
SM
MD
LG