Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 12:34

AB-də yetkinlərin 70 faizi tam peyvəndlənib


İllüstrativ foto
İllüstrativ foto

Dünyada ən sürətli vaksinasiya proqramlarından birinin həyata keçirildiyi İsraildə avqustun 30-da yeni rekord – 10 min 947 yoluxma qeydə alınıb

Avropa Birliyinin (AB) yetkin yaşlı sakinlərinin 70 faizi koronavirusa qarşı tam peyvəndlənin və bununla da blok yayın sonuna qoyduğu hədəfinə çatıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen avqustun 31-də Twitter-də yazıb ki, 250 milyondan çox sakin peyvəndlənib və bu, “böyük uğurdur”.

AB-nin üzv ölkələrə tövsiyəsi

“İrəli getməliyik! Daha çox avropalı peyvənd olunmalıdır”, – von der Leyen yazıb.

İlkin dövrdə vaksin çatışmazlığı və təchizatda yubanmalar səbəbindən AB-də peyvəndləmə ləng gedirdi, hazırda isə dünyada ən uğurla aparılan məkanlar sırasındadır.

Avqustun 30-da AB üzv ölkələrə tövsiyə edib ki, Birləşmiş Ştatları vətəndaşların blok daxilində məhdudiyyətsiz səyahət edə bildiyi ölkələrin “təhlükəsiz siyahı”sından çıxarsın.

Birlik hökumətlərini təmsil edən Avropa Şurası siyahıdan İsrail, Kosovo, Livan, Monteneqro və Şimali Makedoniyanın çıxarılmasını da tövsiyə edib.

ABŞ və İsraildə vəziyyət

Birləşmiş Ştatlarda gündəlik 100 mindən çox hospitalizasiya, yəni qışdakı pik həddən bəri ən yüksək səviyyə qeydə alınır. Yazdan bu yana ölüm halları da artır, son bir həftədə ortalama 1300 olub.

Dünyada ən sürətli vaksinasiya proqramlarından birinin həyata keçirildiyi İsraildə avqustun 30-da yeni rekord – 10 min 947 yoluxma qeydə alınıb. Delta ştammının sürətlə yayılır, bu həftənin sonuna isə məktəblərin açılması gözlənir.

Bundan öncəki rekord – 10 min 118 yoluxma yanvarda qeydə alınmışdı.

Cənubi Afrika alimləri isə çoxsaylı mutasiyalı yeni koronavirus ştammı aşkarladıqlarını bildirirlər. Amma tədqiqatçıların deməsinə görə, yeni ştammın daha yoluxucu olması, yaxud vaksinlərin və daha öncəki yoluxmanın yaratdığı immuniteti üstələməsi haqda aydın informasiya yoxdur.

XS
SM
MD
LG