Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:40

Abdulatipov azərbaycanlılara Dağıstanda torpaq verməyə hazırdır


Ramazan Abdulatipov
Ramazan Abdulatipov

Azərbaycanlı sahibkarlar Dağıstanda kənd təsərrüfatı istehsalından ötrü torpaq icarəyə götürə bilərlər.

Bu barədə noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumunun gedişində Dağıstan prezidenti Ramazan Abdulatipov jurnalistlərə bildirib.

O qeyd edib ki, azərbaycanlı sahibkarlar Rusiyaya məhsul ixracında gömrük prosedurlarını sadələşdirməyi xahiş edirlər. Amma aqrar məhsulları birbaşa Rusiyada yetişdirmək, onları xaricdən ixrac etməkdən daha yaxşıdır.

Buna da bax:​ Azərbaycanlı sahibkarlar Türkmənistana gedəcəklər

Ramzan Abdulatipovun deməsinə görə, xüsusən, Dərbənddə azərbaycanlı sahibkarlara Rusiya Federasiya ərazisində satılmasından ötrü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə torpaq ayrıla bilər.

R. Abdulatipovun sözlərinə görə, forumda nəqliyyat-logistika mərkəzlərinin yaradılması, aqrar istehsalın inkişafı və kənd təsərrüfatı məhsullarının emalı haqqında sazişlər imzalanıb.

O, həmçinin qeyd edib ki, Dağıstan Azərbaycanla aviadaşıma imkanları işləyib hazırlamaq, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, Bakı, Mahaçqala və Dərbənd arasında “turizm qatarları” yaratmaq istəyir.

Buna da bax:​ Bakıda Azərbaycan-Rusiya forumu keçiriləcək

Noyabrın 1-də Bakıda 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Azərbaycan-Rusiya Regionlararası Forumu 2010-cu ildən fəaliyyətdədir. Bu forumun məqsədi iki dövlət arasında işgüzarlığın səviyyəsini nümayiş etdirməkdir. VI forum 2015-ci ildə Qəbələdə keçirilib.

XS
SM
MD
LG