Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:32

İlham Əliyev olanlara Twitter-dən münasibət bildirdi


İ.Əliyev
İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev iyulun 4-də Füzulinin Alxanlı kəndində atəşkəsin pozulması nəticəsində ikiyaşlı körpə və nənəsinin ölümünə Twitter səhifəsində münasibət bildirib.

O yazıb: «Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır».

Prezidentin xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da baş verənlərlə bağlı adıçəkilən sosial şəbəkədə «Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!» yazıb.

O daha sonra əlavə edib: «Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!».

İyulun 4-də saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. Nəticədə iki dinc sakin - 50 yaşlı Sahibə Quliyeva və onun nəvəsi, ikiyaşlı Zəhra Quliyeva həlak olublar. Sərvinaz Quliyeva isə yaralanıb.

İyulun 5-də ölkə gündəmini zəbt edən bu məsələyə prezident və ali baş komandanın nədən münasibət bildirməməsi sosial şəbəkələrdə sual olunurdu.

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

XS
SM
MD
LG