Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 01:21
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

14:29 26.4.2016

Sarkisian generalları işdən qovdu

Ermənistan prezidenti Serj Sarkisianın fəarmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzabekian, Baş qərargahın kəşfyyat idarəsinin rəisi general-mayor Arshak Karapetian, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradian işdən azad ediliblər.

14:07 26.4.2016

Tanınmış italiyalı müğənni Eros Ramazzoti Bakıya gəlib

O, Bakının “Flame Towers”dən çəkdiyi videogörüntüsünü sosial şəbəkədə paylaşaraq “Sabahın xeyr Bakı”,-şərhini yazıb.

Müğənni sabah “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək. İlk dəfə Azərbaycana gələn Ramazzottinin Bakı konserti “Perfetto” dünya turu çərçivəsində təşkil olunur.

12:32 26.4.2016

John Kerry Serj Sarkisian və İlham Əliyevlə danışıb

ABŞ-ın dövlət katibi John Kerry və Ermənistan prezidenti Serzh Sarkisian telefonla Dağlqı Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyəti müzakirə ediblər. Ermənistan tərəfinin verdiyi xəbərə görə aprelin 25-də keçirilmiş telefon müzakirəsinin təşəbbüsçüsü ABŞ dövlət katibi olub.

Bu arada RİA Novosti saytı xəbər verib ki, ABŞ dövlət katibi John Kerry Azərbaycan prezidenti İlham Əliyevə də zəng edib. Bu barədə məlumatı Dövlət Departamentinin sözçüsü John Kirby təsdiq edib. Kirby deyib ki, dövlət katibi prezidentləri danışıqlar prosesinin bərpasına çağırıb.

12:23 26.4.2016

Atəşkəs 113 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan sutka ərzində atəşkəsi 113 dəfə pozublar.

Davamı

XS
SM
MD
LG