Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 23:30
Ilqar Məmmədov
Ilqar Məmmədov

AzadliqLive - İlqar Məmmədovu buraxmadılar

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

19:44 26.4.2016

"Çernobıl əlili, dolan 302 manatla"

“Onda hərbi xidmətdəydim. Bizi yığıb aparanda hara gedəcəyimizi deməmişdilər. Çünki o vaxtı bu haqda heç kimə məlumat vermirdilər”.

Azərbaycanlı Çernobıl əlili Vüqar Xəlilov 1986-cı ilin aprelin 26-da Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanı 30 il sonra belə xatırlayır. Ətraflı axaşam saat 8-də AzadlıqLive-da radioda

18:52 26.4.2016

Qərbi Avropa kişilərinin yarısı tunc dövründə yaşamış bir kişinin törəməsidir.

Həmin şəxs çox güman ki, qəbilə başçısı olub və onun nəsli Avropaya yayılaraq aristokratiyanın əsasını qoyub.

Bu nəticəyə alimlərin beynəlxalq qrupu gəlib. Araşdırma isə Nature Genetics jurnalında dərc olunub.

Azərbaycanda 25 min kişi Çingizxan nəslindəndir?

17:13 26.4.2016

Suriyalı məşhur miqrant Bakıda

Ötən il Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxması ilə dünya mediasının gündəminə gələn suriyalı miqrant Üsamə Əbdel Möhsün oğlu Zeydlə birgə Azərbaycana gəlib. Publika.az xəbər verir ki, Suriyadan olan miqrantlar Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edirlər.

15:52 26.4.2016

Şagirdin gözünü çıxardan müəliməyə 500 dollar cərimə

Ermənistanın Sevan şəhərinin məhkəməsi dərsdə 15 yaşlı şagirdin vurub-gözünü çıxartdığı müəliməni təxminən 500 dollar dəyərində cərimə edib. Məhkəmə qərarından valideynlər narazıdır, müəllimənin vəkili isə deyir ki, müəllimə hadisəni qəsdən törıtməyib, şagirdi tutub-silkələyəndə sinifdəki paltar asılqanı düşüb, şagirdin gözünü çıxardıb.

Hasmik Margarian həmin müəllimədir, arxada isə həmin asılqan
Hasmik Margarian həmin müəllimədir, arxada isə həmin asılqan

Davamı

XS
SM
MD
LG