Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:39

Belçika-İran məhbus mübadiləsi sazişi niyə narahatlıq doğurur?


İran Milli Müqavimət Şurasının Belçikada keçirdiyi aksiyalardan birində
İran Milli Müqavimət Şurasının Belçikada keçirdiyi aksiyalardan birində

İran Belçikada 2021-ci ildə terror ittihamı ilə 20 il azadlıqdan məhrum edilmiş Əsədulla Əssadinin həbsxanadan buraxılmasını istəyir

11 insan haqları təşkilatından ibarət qrup Belçikaya müraciət edərək İranla bağlamağa hazırlaşdığı qarşılıqlı məhbus mübadiləsi sazişini ləğv etməyə çağırıb.

Sözü gedən qrupun Belçika parlamentinə ünvanlanmış birgə bəyanatında deyilir ki, bu saziş məhkum edilmiş bir terrorçunun azad olunmasına və “İranın girovgötürmə praktikasının leqallaşmasına” yol aça bilər.

Qrup iddia edir ki, sözü gedən saziş Belçikanın və Avropa İttifaqının terrorçuların cavabdehliyinin təmaninatına dair öhdəliklərinə ziddir.

Belçikada çıxan De Morgen qəzeti yazır ki, bu saziş Brüssel Universitetinin professoru, ikili İran-İsveç vətəndaşlığı olan və 2016-cı ildən casusluğa görə məhkum edilərək İran həbsxanasında saxlanan Əhmədrza Cəlalinin və İranda casusluq ittihamı ilə həbsdə olan belçikalı humanitar yardım işçisi Olivier Vandekastilin azad olunmasına yol aça bilər.

Mücahedine-Xəlq

İran isə öz növbəsində Belçikada 2021-ci ildə terror ittihamı ilə 20 il azadlıqdan məhrum edilmiş Əsədulla Əssadinin həbsxanadan buraxılmasını istəyir.

O İranın mühacir Milli Müqavimət Şurasının 2018-ci ildə Paris yaxınlığında keçirilən mitinqində bomba partlayışı planlaşdırdığına görə məhkum edilib.

Milli Müqavimət Şurası İranda qadağan edilmiş Mücahedine-Xəlq təşkilatının siyasi qanadıdır.

Mücahedine-Xəlq İran hakimiyyətinin devrilməsi üçün silahlı mübarizə aparır.

Belçika parlamentinin aşağı palatasının Xarici Əlaqələr Komitəsi iki gün ərzində keçirilən debatlardan sonra, iyulun 6-da sözü gedən sazişin imzalanmasına razılıq verib.

Buna baxmayaraq bu qərar 150 üzvü olan parlament tərəfindən səsvermə ilə qəbul edilməlidir.

Belçika reallığında parlament adətən parlament komitəsinin qərarlarına səs verir.

Sözü gedən 11 təşkilatın arasında Əbdürrəhman Borumənd Fondu, Syamək Purzənd Fondu, İran İnsan Haqları Səndələşdirmə Mərkəzi və Kürdüstan İnsan Haqları Şəbəkəsi də var.

Onlar xəbərdarlıq ediblər ki, Belçika “insan həyatından alət kimi istifadə olunmasına” yol verməməlidir.

XS
SM
MD
LG