Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:40

Berdımuxammedov atının adını prospektə vermək istəyir


Qurbanqulı Berdımuxammedov və Akxan
Qurbanqulı Berdımuxammedov və Akxan

Keçmiş prezidentin oğlu, hazırkı prezident Serdar Berdımuxammedov tikilməkdə olan şəhərdə Akxana heykəl qoyulmasını təklif edib

Türkmənistanın keçmiş prezidenti Qurbanqulı Berdımuxammedov öz atı Akxanın adının yeni şəhərin bir prospektinə qoyulmasını təklif edib. Bu şəhər Axal vilayətinin mərkəzi olmaldır.

Bu barədə məlumatı “Neytral Türkmənistan” qəzeti verib.

Keçmiş prezidentin oğlu, hazırkı prezident Serdar Berdımuxammedov tikilməkdə olan şəhərdə Akxana heykəl qoyulmasını təklif edib və atasının prospekt barəsində təklifini qəbul edib.

Qurbanqulı Bedımuxammedov 2018-ci ildə yeni milli bayram – Axaltəkə atının bayramını təsis edib.

Bu bayram hər il aprel ayının son bazar günündə keçirilir.

Akxan 2018-ci ildə Ginnesin rekordlar kitabına salınıb. O arxa ayaqlarının üstündə 4.19 saniyədə 10 metr yeriyib.

At hüquqları

Türkmənistanda atların hüquq və imtiyazları ölkə konstitusiyasına daxil edilib.

Bu ölkədə atlara pasportlar verilir və onlar dövlət tərəfindən ayrılmış xüsusi qəbirstanlıqda dəfn olunur.

Əgər vəfat etmiş at dövlət reyestrində olubsa, onun dəfnində dövlət məmurları iştirak etməlidirlər.

2020-ci ildə Aşqabadda türkmən alabay cinsindən olan itə heykəl qoyulub.

Bu abidənin hündürlüyü 15 metr, postamentinin eni isə 9 metrdir. İtin fiquru 6 metrdir.

Abidənin yaxınlığında qoyulmuş ekranda alabay itini görüntüləyən videolar göstərilir.

XS
SM
MD
LG