Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:10

Avropa İttifaqının xarici işlər komissarı Ukraynaya səfər edəcək


Josep Borrel
Josep Borrel

Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrel sərhədləri yaxınlığında Rusiyanın qoşun cəmləşdirməsi ilə üzləşən Ukraynaya dəstək nümayiş etdirmək üçün bu həftə Kiyevə səfər edəcək.

Avropa Komissiyasının yanvarın 3-də açıqladığı məlumatda deyilir ki, Borrel Ukraynada yanvarın 4-dən 6-dək olacaq, Rusiya tərəfindən dəstəklənən separatçılarla Ukrayna silahlı qüvvələri arasındakı “təmas xəttinə” baş çəkəcək.

Bundan sonra onun Ukrayna rəsmiləri ilə görüşləri olacaq.

Qərb narahatdır ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığına 100 mindən artıq qoşun gətirməsi onun bu ölkəyə hərbi müdaxiləsinə hazırlıq ola bilər.

Silsilə danışıqlar

ABŞ və Rusiya rəsmiləri Birləşmiş Ştatlardan və NATO-dan yazılı təhlükəsizlik qarantiyaları tələb edən Moskvanın təkliflərini yanvarın 9-10-da Cenevrədə müzakirə edəcəklər.

Bu ikitərəfli danışıqlardan sonra Rusiya və NATO rəsmiləri arasında görüş olacaq. Bunun ardınca müzakirələr ATƏT çərçivəsində davam etdiriləcək.

Brüssel ABŞ və Rusiya arasında Avropa təhlükəsizliyinə dair danışıqlardan kənarda qalmaq istəmir.

Borrel bu bardə Almaniyanın Die Welt qəzetinə müsahibəsində deyib:

“Aİ bu danışıqlarda iştirak etməlidir. Biz qərarların qəbulunda iştirakı olmayan tamaşaçı olmaq istəmirik”.

Normad dördlüyünün görüşü də var

Birləşmiş Ştatlar bundan əvvəl bəyan edib ki, Avropa müttəfiqləri və Ukraynanın iştirakı olmadan təhlükəsizliklə bağlı heç bir qərar qəbul edilməyəcək.

Rusiya tələb edir ki, ona Ukrayna və başqa keçmiş sovet respublikalarının NATO-ya üzv olmayacaqlarına və alyansın Mərkəzi və Şərqi Avropada qoşun yerləşdirməyəcəyinə dair yazılı qarantiyalar verilsin.

Qərb Moskvanın NATO alyansı ilə bağlı ultimatumlarını rədd və Ukraynaya yeni müdaxiləyə girişərsə Moskvaya qarşı sərt sanksiyalar irəli sürməklə hədələyib.

Bu arada, yanvarın 6-da Ukrayna, Rusiya, Almaniya və Fransa Normand formatında görüşməlidirlər.

Bu qrup Ukraynanın şərqindəki separatçı münaqişəni çözmək üçün yaradılsa da, 2019-cu ildən bəri heç bir görüş keçirməyib.

Rusiya və Ukrayna bir-birini münaqişəyə son qoyulması üçün 2014 və 2015-ci illərdə imzalanmış Minsk razılaşmalarını pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG