Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:12

Anarın əsərləri ingilis dilində


Kitabların üz qabığı.
Kitabların üz qabığı.

Los Ancelesdə yaşayan “Azerbaijan International” dərgisinin baş redaktoru Betty Blair Anarın ikicildliyini ingilis dilində nəşr etdirib.

Xəbəri AzadlıqRadiosu-na Betti Blair verib.

Betty Blair ikicildliyin tərtibçisi və tərcümələrin redaktorudur

Birinci cild “Dantenin yubileyi” (“Dante’s Yubilee”) adlanır. Bu cildə “Dantenin yubileyi” povesti, “O gecənin səhəri”, “Mən, sən, o və telefon”, “Asılqanda işləyən qadının söhbəti”, “Ürəyim ağrıyır”, “Gürcü familiyası”, “Keçən ilin son gecəsi” və “Yaxşı padşahın nağılı” daxildir.

Buna da bax:​ Budapeştdə Anarın «Seçilmiş əsərləri» çıxıb

Cildi çevirənlər Jalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Vəfa Məstanova, Fəridə Buyuran, Ülviyyə Məmmədova və Vəfa Talışlıdır.

Hər iki cildə Betty Blair Ön söz yazıb.

“Otel otağı” (“Hotel Room”) adlanan ikinci cildə “Otel otağı” və “Əlaqə” povesti, bir də “Qırmızı limuzin” hekayəsi daxildir.

Bu cildi Jalə Qəribova, Aida Hüseynova və Sevinc Seyidova çeviriblər.

Buna da bax: Çəmənzəminlinin böyük səhvi

Hər kitab 250 səhifədən ibarətdir.

İkicildlikdə Azərbaycanın bənzərsiz şəxsiyyətləri, adət-ənənələri və işğal olunmuş əraziləri barədə bilgilər də var.

Xanım Blair 2014-cü ildə Vaqif Səmədoğlunun “Zülmətdə günəşə mahnı” şeirlər toplusunu da ingilis dilinə çevirmişdi.

XS
SM
MD
LG