Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:45

Gürcüstan ‘altılıq platforma’ məsələsində tərəddüd edir


Bölgədə birləşməyi hədəfləyən platformaya Gürcüstan niyə qatılmaq istəmir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Bölgədə birləşməyi hədəfləyən platformaya Gürcüstan niyə qatılmaq istəmir?

10 noyabr üçtərəfli bəyanatından sonra regionda birləşməyi hədəfləyən dövlətlər Gürcüstanı da bu birliyə qoşmaq istəsələr də, rəsmi Tbilisi tərəddüd edir.

Altıtərəfli platforma təklifi Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstanın iqstisadi sahələrdə, xüsusilə də nəqliyat və yük daşımalarında əməkdaşlığını nəzərdə tutur.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyunun 16-da Bakıda deyib ki, Gürcüstanın baş naziri ilə Ankarada may ayında keçirilən görüşündə Tbilisini bu layihənin vacibliyinə inandırmağa çalışıb:

“Belə bir platformanın məqsədi bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaqdır. Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da leyhinə olacaq, gəlin bu addımı ataq”.

Erdoğan Gürcüstan haqda bunları deyir- Tbilisidən şərh
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Gürcüstan üçün Rusiya problemdir

Gürcüstanda, Avropaya inteqrasiyaya dəstək verən qeyri-hökumət təşkilatlarının alyansı – Atlantika Şurasının vitse-prezidenti Batu Kuteliya AzadlıqRadiosuna deyir ki, Gürcüstan ictimaiyyətindən hakimiyyətə basqı var ki, bu platformaya qoşulmasın:

“İctimaiyyət və ekspertlər bu barədə hakimiyyətə təzyiq edirlər. Ekspertlər Gürcüstanın təhlükəsizlik məsələsinə görə narahatdırlar. Burda əsas məqam Rusiyadır. Türkiyə və Azərbaycanla strateji münasibətləri yaxşı saxlamaq Gürcüstanın marağındadır. Burda adı keçən digər dövlətlərlə də Gürcüstanın münasibətləri yaxşıdır. Amma Rusiya Gürcüstanın torpaqlarını işğal edib və Gürcüstanla bağlı işğalçı maraqları var. Gürcüstanın strateji marağı Avroatlantika məkanına inteqrasiya etməkdir və altılı platformaya qatılmaq Gürcüstanın maraqların uyğun gəlmir”.

Bakıda siyasi şərhçi Şahin Cəfərli deyir ki, Gürcüstandan fərqli olaraq Azərbaycan adətən həm Qərb, həm də Rusiya ilə münasibətləri yaxşı saxlamaq yolunu seçib və regionda sözü gedən dövlətlərlə əməkdaşlıq Azərbaycanın marağındadır. O deyir ki, Gürcüstan da bu layihədə mühüm rola malikdir:

“Gürcüstan Azərbaycan və Türkiyəni əlaqələndirən əsas tranzit məntəqəsidir. Eyni zamanda İranın da Ermənistan vasitəsilə Gürcüstan üzərindən Avropaya çıxış planı var. Gürcüstan regional əməkdaşlıqda kilid ölkələrdən biridir. Xüsusilə də dəniz limanları ilə. Bu baxımdan Gürcüstan çox önəmli bir məntəqədir”.

Türkiyəli alim: "Şuşa bəyannaməsi"hərbi ittifaq müqaviləsidir"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

“Üç keçmiş imperiya”

Şahin Cəfərli hesab edir ki, Gürcüstana NATO-ya üzvlük vəd edilsə də, hələ ki, bu baş vermir və Gürcüstanın da bir gün fikrini dəyişib altılı platformaya qoşulması mümkündür.

Tbilisidə şərhçi Batu Kuteliya isə deyir ki, Gürcüstan hakimiyyətinin mövqeyini proqnoz etmək çətindir, çünki hakimiyyətin xarici siyasəti dəyişkəndir.

Bakıda siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, Gürcüstanın qoşulması onun özü üçün də yaxşı olardı. O hesab edir ki, altılı platforma təklifində ziddiyyət olmamış deyil. Politoloq deyir ki, “burda üç dövlət keçmiş imperialist dövlətdir”.

10 noyabr atəşkəs razılaşması​ keçən il Qarabağda 44 günlük müharibədən sonra imzalanıb.

Sazişdə həmçinin Türkiyə və Azərbaycanı Ermənistan ərazisi ilə birləşdirəcək nəqliyat dəhlizinin yaradılması nəzərdə tutulub.

XS
SM
MD
LG