Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:42
İntiqam Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

İntiqam Əliyev azadlıqda

İntiqam Əliyevin evindən reportaj [Video]

Dünyaca tanınmış hüquq-müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.

Martın 28-də Ali Məhkəmənin Plenumu hüquq müdafiəçisi İntiqam Əliyevin işinə yenidən baxıb. Bu dəfə məhkəməyə Baş prokuror Zakir Qaralov müraciət edib. O, İntiqam Əliyev haqqında cəzanın ağır olmasından, şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb.

Baş prokurorun bu müraciətinin nəylə nəticələndiyini aşağıda izləyin.

13:30 28.3.2016

Dostu İntiqam Əliyevin azad edilmə ehtimalını şərh edir

İntiqam Əliyevin dostu, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli AzadlıqRadiosuna hüquqşünasın buraxılma ehtimalı ilə bağlı danışıb:

"Azərbaycanda hüquq-mühafizə orqanlarının iş prinsipi elədir ki, proqnoz vermək mümkün deyil... İntiqam Əliyevin Avropa Məhkəməsində apardığı işlərlə bağlı ciddi problemlər oldu, bu məsələ Avropa Məhkəməsinin İntiqam Əliyevin həbsindən sonra çıxarılan bəzi qərarlarında da öz əksini tapıb. O işlərlə bağlı kommunikasiya mərhələsində, işlərin davam etdirilməsində problemlər yaranmışdı.

Mən də, digər vəkil yoldaşlar da imkan daxilində çalışdıq ki, o işlər yarımçıq qalmasın. Avropa Məhkəməsi də İntiqam Əliyevin həbsilə əlaqədar yaranan çətinliklərə anlayışlı yanaşdı. İşlər davam elədi, onun həbsindən sonra bir xeyli iş üzrə qərar çıxarıldı.”

13:53 28.3.2016

İntiqam Əliyev azad edildi

Dünyaca tanınmış hüquq-müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.

14:18 28.3.2016

Vəkillər İntiqam Əliyevə bəraət üçün mübarizəni davam edəcəklərini deyirlər

Martın 28-də keçirilən məhkəmə iclasında Baş prokurorun müavini Namiq Əsgərov protesti müdafiə edib.

Vəkillər çıxış edərək bildiriblər ki, müdafiə tərəfi bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini vacib sayır. Eyni zamanda, Baş prokurorun protestindəki dəlillərlə də razılaşır ki, cəza təyin olunarkən faktlar, o cümlədən, İntiqam Əliyevin səhhəti nəzərə alınmayıb.

Hakim isə İntiqam Əliyev barədə hökmün 5 il şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb.

Vəkil Cavad Cavadov qərardan sonra jurnalistlərə bildirib ki, İntiqam Əliyevə bəraət verilməsi üçün hüquqi addımları davam etdirəcəklər

Hökmdən Avropa Məhkəməsinə şikayət veriləcək.

14:30 28.3.2016

İntiqam Əliyevin saxlandığı cəzaçəkmə müəssisəsinin qarşısı (Canlı)

Davamı

XS
SM
MD
LG