Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:49
İntiqam Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

İntiqam Əliyev azadlıqda

İntiqam Əliyevin evindən reportaj [Video]

Dünyaca tanınmış hüquq-müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.

Martın 28-də Ali Məhkəmənin Plenumu hüquq müdafiəçisi İntiqam Əliyevin işinə yenidən baxıb. Bu dəfə məhkəməyə Baş prokuror Zakir Qaralov müraciət edib. O, İntiqam Əliyev haqqında cəzanın ağır olmasından, şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb.

Baş prokurorun bu müraciətinin nəylə nəticələndiyini aşağıda izləyin.

16:09 27.3.2016
İntiqam Əliyev kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:05:16 0:00

İNTİQAM ƏLİYEVİN HƏBSİ BARƏDƏ QISA ARAYIŞ

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

12:07 28.3.2016

İntiqam Əliyevlə bağlı məhkəmə başlanır

Martın 28-də Ali Məhkəmənin Plenumunda Baş prokuror Zakir Qaralovun həbsdə olan insan haqları üzrə vəkil İntiqam Əliyevlə bağlı əlavə kassasiya protestinə baxır.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, məhkəməyə yalnız vəkillər Cavad Cavadov və Şəhla Hümbətova buraxılıb. Vəkil Cavad Cavadovun sözlərinə görə, əslində, proses qapalı deyil, sadəcə, Ali Məhkəmənin Plenumunun iclasında kənar şəxslərin iştirakı ilə bağlı praktika yoxdur.

Hüquqşünasın vəkili Cavad Cavadov hökmün ləğv olunub İntiqam Əliyevin azadlığa buraxılacağını istisna etməyib. Ancaq onu da bildirib ki, protestdə bəraətdən deyil, yalnız cəzanın ağırlığından söhbət gedir. Zakir Qaralov İntiqam Əliyevə münasibətdə bir sıra yüngülləşdirici halların, o cümlədən hüquq müdafiəçisinin səhhətindəki problemlərin nəzərə alınmamasından və şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb. Müraciətdə yalnız cəzanın dəyişdirilməsi məsələsi vurğulanır.

12:27 28.3.2016

Məhkəmənin qarşısındakı mənzərə (Video və fotolar)

İntiqam Əliyevlə bağlı məhkəmə başlanır
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

12:34 28.3.2016

İntiqam Əliyevlə bağlı məhkəmənin qarşısından canlı yayım

Davamı

XS
SM
MD
LG