Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:20

İ.İsmayıl: 'Real islahatlar görməmişik'


İ.İsmayıl
İ.İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, indiyə kimi islahat adı ilə imitasiyalar olub, ancaq hətta bu imitasiyalar özləri belə real olmayıb. Onun sözlərinə görə, real islahatlar heç bir sahədə görünməyib, islahatlara meyl hissi isə yalnız imitasiya ilə nəticələnib.

«Elə bir vəziyyət yaranıb ki...»

Ekspert deyir ki, islahata mane olmaq istəyən qüvvələr həddindən artıqdır, neçə illərdir ki, islahata meylli olmayanlarla hakimiyyət daxilində «islahatsız mümkün olmayacaq» deyən qüvvələr arasında ciddi mübarizə gedir. İ.İsmayıla görə, bu mübarizə gərginlik həddindədir, hətta prezident çıxışında da bunu dözülməz hal adlandırır, bu qüvvələrin mətbuatı kompromat ötürmək alətinə döndərdiyini vurğulayır:


«Artıq elə bir vəziyyət yaranıb ki, hökumət özünün perspektiv mövcudluğuna təhlükənin məhz bu islahatların aparılmamasından yarandığını hiss edir və bu islahatları gerçəkləşdirmək istəyir. Amma bundan sonra islahatları imitasiya xarakterli yox, sözün həqiqi mənasında edə biləcəkləri yenə də sual altındadır».

İ.İsmayıl deyir ki, islahat istəməyən qüvvələrin dövlət başçısının üzərində çox ciddi təsiri var və o təsir olmasaydı, bəlkə də dövlət başçısının yanındakı bəzi islahatçı qüvvələr üstünlük qazanardılar. Amma təəssüf ki, qazana bilməyiblər. Onun fikrincə, islahat istəməyənlər məmur özbaşınalığı, sərt siyasət yürütməklə bu işi davam etdirirlər: «Hüquq-mühafizə orqanlarını sərtləşdirməklə hər hansı bir etirazı sivil formada deyil, xüsusi bir sərtliklə qarşısını almaqla, qanundan çox qanunsuz yollarla indiyə kimi gələn yolun dəyişməz olduğunu sübut etmək istəyirlər».

Daxili və Rusiya amilləri

Ekspert burada daxili təpkilərin də olduğunu, «yuxarılar əvvəlki qayda ilə idarə edə bilmir, aşağıdakılar da o qayda ilə yaşamaq istəmirlər» kimi klassik metodun da mövcudluğunu vurğulayır.

İ.İsmayıla görə, digər tərəfdən, Avropa Birliyinin, demokratik dünyanın, beynəlxalq güclərin təzyiqi var, bu müstəvidə də qarşıdurmadır, bu qlobal qarşıdurmada da Qərb və Rusiya amili var.

Ekspertə görə, Rusiya islahat istəməyənləri müdafiə edir, amma Moskva özü də bilir ki, belə idarəetmə sonucda inqilaba, üsyana səbəb olur. İ.İsmayıl deyir ki, Rusiya Cənubi Qafqazda Gürcüstanı itirib, Ermənistanı itirmək üzrədir, Azərbaycanı da itirsə, cənub sərhədləri təhlükə altında qalır.

Bu mənada hətta islahatın tərəfdarı olmayan Rusiya belə bu idarəetmənin özündə bir islahat aparılmasını istəyir, di gəl, burada da qarşıdurma var: «Daxildəki islahat istəməyən qüvvələr həmişə Rusiyani özlərinə dayaq biliblər. Rusiyanı dayaq bildiklərinə görə bu islahatsız vəziyyət 10 illərdir ki, davam edir».

XS
SM
MD
LG