Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:39

Lirənin böhranı Ərdoğanın ‘əl işidir’ – Qərb mediası


İstanbulda bazar
İstanbulda bazar

FT müxalifət partiyalarının Ərdoğan hakimiyyətinin sona yaxınlaşmasına inandığını yazır. Amma məqalədə deyilir ki, bu saqa xoşbəxt sonluqla başa çatmaya bilər

Son həftələr Türkiyə lirəsinin dəyərini 20 faiz itirməsi heç də keçmişdəki kimi ölkənin fundamental iqtisadi faktorlarının nəticəsi deyil. “The Financial Times” qəzeti redaksiya məqaləsində Türkiyənin qeyri-adi valyuta böhranıyla üzləşdiyini yazır və bunu bir nəfərin yanlış qərarlar verməsi ilə əlaqələndirir. Həmin şəxs ölkənin guya müstəqil mərkəzi bankına təzyiq göstərən Prezident Receb Tayyib Ərdoğandır.

Lirənin sürətlə ucuzlaşmasının səbəb mərkəzi bankın uçot dərəcəsini son aylar bir neçə dəfə azaltmasıdır. Hazırda faiz dərəcəsi 15 faizdir. Prezident bu siyasəti dəstəkləyir və onu iqtisadi stimulun hərəkətverici qüvvəsi sayır. Prezident özü isə lirənin ucuzlaşmasında kənar qüvvələri ittiham edir.

Lirə düşür, Türkiyədən Azərbaycana pul göndərmək olmur
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

“Financial Times” bu il inkişaf etməkdə olan ölkələrin valyutalarının dollara qarşı pis perfomans göstərdiyini qeyd edir. Amma Ərdoğanın konspirologiyalara söykənən, avtoritar tendensiyaları həmişəkindən daha pis təsir göstərir. Öncəki valyuta çaxnaşmalarında o, sonucda mərkəzi banka faiz dərəcəsini qaldırmağa icazə verirdi. Bu dəfəsə Türkiyənin “müstəqilliyin iqtisadi müharibəsi”ni apardığını bəyan edir.

“Gedənəcən nə qədər ziyan vuracaq...”

Qəzet müxalifət partiyalarının Ərdoğanın hakimiyyətinin sona yaxınlaşmasına inandığını yazır. Amma məqalədə deyilir ki, bu saqa xoşbəxt sonluqla başa çatmaya bilər. İllik inflyasiya artıq 20 faiz civarındadır.

“Prezident faiz dərəcələrini azaltmaq siyasətini davam etdirsə, lirə daha da ucuzlaşacaq və qiymətlər qalxacaq. Bu zaman türklərin əmanətlərini qorumaq üçün bircə yolları qalacaq – Ərdoğanın nəzarətində olmayan valyutaya üz tutmaq. O, siyasəti qəfil dəyişməsə, böyük potensialı olan Türkiyə bircə sual qarşısında qalır – prezident hakimiyyətdə nə qədər qalacaq və gedənəcən nə qədər ziyan vuracaq”, - məqalədə deyilir.

Ötən həftə lirə kəskin ucuzlaşdı, bir dollar 13 lirəyə qədər yüksəldi. Noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Şeyx Məhəmməd bin Zayid Ankaraya səfər etdi, ölkəsinin Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq sərmayə qoyacağı açıqlandı. Bundan sonra lirənin məzənnəsi azacıq möhkəmləndi.

XS
SM
MD
LG