Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:39

'Kasıbların bankiri' Bakıda mühazirə oxudu


Muhammad Yunus
Muhammad Yunus

►“Çox pul əldə etmək xoşbəxtlikdir, lakin başqa insanların xoşbəxtliyinə nail olmaq daha böyük xoşbəxtlikdir”

Azərbaycana səfərdə olan Nobel mükafatı laureatı Məhəmməd Yunus ADA Universitetində mühazirə oxuyub.

Onun mühazirəsi “Biznesin sosial məsuliyyətliliyi ” mövzusunda olub.

Mikroiqtisadiyyat və mikrokreditlərlə bağlı əsas fəaliyyətinin Banqladeşin müstəqillik əldə etdiyi 1971-ci ildən sonraya təsadüf etdiyini bildirən M. Yunus həmin illərdə ABŞ universitetlərinin birində dərs deməsindən danışıb.

O, deyib ki, müstəqillik əldə etdikdən sonra, ölkəsi iqtisadi cəhətdən dağılmış və qanlı toqquşmaların baş verdiyi bir yer idi.

“1983-cü ildə “Grameen” adlı bankın əsasını qoydum. Həyata keçirdiyim işlər insanlara yardımçı olurdu, bu isə məni daha da həvəsləndirirdi”, Nobel mükafatçısı qeyd edib.

M.Yunus sonra da gənclərə üz tutaraq deyib:

“Siz bəşəriyyət tarixinin ən güclü nəslisiniz. Çünki sizin əlinizdə bizim əlimizdə olmayan texnologiyalar var. Siz adi insan kimi görünürsünüz, lakin əslində super insanlarsınız, supermensiniz. Zehninizi açıq tutun, öz qərarlarınızın arxasınca gedin”

____________________________________________________________

Bunlara da bax:
'Formula 1' və çörək
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

M.Yunus qeyd edib ki, təşəbbüslərinin davamı olaraq fəaliyyətini insanların problemlərini həll edən yeni biznes növü - sosial biznes üzərində qurub. Onun sözlərinə görə, biznesdə gəlirdən başqa, digər həvəsləndirici amillər də mövcuddur.

“Çox pul əldə etmək xoşbəxtlikdir, lakin başqa insanların xoşbəxtliyinə nail olmaq daha böyük xoşbəxtlikdir”.

APA-nın xəbərinə görə, mühazirədə diplomatik korpus nümayəndələri, millət vəkilləri, universitetin müəllim-tələbə heyəti, media təmsilçiləri iştirak ediblər.

M.Yunus iki gün əvvəl ölkə başçısı İlham Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə görüşmüşdü. Nobel mükafatı laureatının səfəri sabah başa çatır.

Buna da bax: 68 yaşlı şagird

68 yaşlı şagird
Gözlə
Embed

No media source currently available

0:00 0:00:45 0:00

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG