Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:37

NATO nazirləri Brüsseldə yığışır


NATO nazirlərinin iclası
NATO nazirlərinin iclası

ABŞ-ın Dövlət katibi Entoni Blinken də NATO-nun “münaqişə istəmədiyini”, amma “buna hazır olduğunu” bildirib

Martın 4-də NATO-nun xarici işlər nazirləri Brüsseldə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edirlər. Kiyev qeyri-uçuş zonası elan etməyə çağırdığı bir vaxtda alyansın bəzi üzvləri bütün variantların müzakirəsinə hazır olduqlarını dilə gətiriblər.

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna hücumundan bir həftədən çox keçir, itkilər, qaçqın axını artır.

NATO müharibə istəmir

“NATO münaqişənin tərəfi deyil. Biz müharibə, Rusiya ilə münaqişə istəmirik. Eyni zamanda müttəfiqlərimizi qoruma öhdəliyimizin yanlış anlaşılmamasını istəyirik”, – NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən öncə deyib.

ABŞ-ın Dövlət katibi Entoni Blinken də NATO-nun “münaqişə istəmədiyini”, amma “buna hazır olduğunu” bildirib.

NATO üzvləri Rusiyanın təcavüzünə qarşı birləşdiklərini bəyan etsələr də, Ukrayna üzərində qeyri-uçuş zonası elan etməyə meylli görünmürlər.

NATO üzvləri olan Rumıniya, Macarıstan, Slovakiya və Polşa Ukraynanın qonşularıdır.

Ukraynada mülki vətəndaşlar atəş altında
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Zelenskinin xəbərdarlığı

Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyevdən xəbərdarlıq edir ki, yalnız qeyri-uçuş zonası Ukraynanın nüvə infrastrukturunun “Rusiya tərəfdən bombalanmayacağına zəmanət verə blər”. Ötən gecə Rusiya Zaporojye nüvə stansiyasını atəşə tutaraq ələ keçirib.

Nüvə rəsmiləri Zaporojyedən radiasiya sızması olmadığını deyirlər.

Stoltenberq dinc sakinlərə və Zaporojye AES-ə hücumları pisləyib.


Kanadanın Xarici işlər naziri Melani Joli matın 4-də deyib ki, NATO müharibəni dayandırmaq üçün “bütün ssenariləri” müzakirə edəcək. Amma o, alyansın “beynəlxalq münaqişə istəmədiyini” söyləyib.

XS
SM
MD
LG