Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:42

Nazarbayevin daha bir heykəli anbara göndərildi


Nazarbayevin Milli Muzeydəki abidəsi
Nazarbayevin Milli Muzeydəki abidəsi

Qazaxıstanın Milli Muzeyi öz ekspozisiyasından keçmiş prezident Nursultan Nazarbayevin 2018-ci ildə hazırlanmış heykəlini çıxarıb.

AzadlıqRadiosunun Qazax xidməti bildirir ki, muzeyin mətbuat katibinin sözlərinə görə əvvəllər birinci mərtəbədə qoyulmuş abidə muzeyin anbarına keçirilib.

Bu abidənin arxasındakı lövhədə Latın qrafiksası ilə yazılmışdı:

“Mənim arzum budur ki, Qazaxıstan əbədi ölkə olsun. Vaxt keçəcək, adamlar gedəcəklər. Amma müstəqillik qalacaq”.

Hazırda bu lövhənin də üstünü teleekranla örtüblər.

Heykəlin qoyulduğu zalda üç tablo da vardı. Bu triptixdəki mərkəzi tablonu Nazarbayevin boyaboy portreti tuturdu.

Muzeydən verilən xəbərdə deyilir ki, bu tablo da mərkəzi salondan “Müstəqillik” salonuna köçürülüb.

Daha adı çəkilmir

Son illərdə birinci prezidentin adı çəkilmir, onun abidələri isə tədricən yığışdırılır.

“Birinci prezident günü” bayramların siyahısından çıxarılıb, onun adını daşıyan paytaxt isə hazırda köhnə adı – Astana adı ilə tanınır.

2023-cü ilin yanvarında Qazaxıstanın Konstitusiya Məhkəməsi ölkənin “Birinci prezident – Elbası” haqqında qanununu ləğv edib.

Məhkəmənin qərarında deyilirdi ki, 2022-ci ilin iyununda Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra “Birinci prezident” haqqında qanunun saxlanması üçün hüquqi əsaslar qalmayıb.

Dəyişiklilər nəticəsində Konstitusiyadan Nazarbayevin rolu və statusuna dair müddəalar, o cümlədən Elbası titulu əsas qanundan çıxarılıb.

Bundan bir ay sonra prezident Kasım-Jomart Tokayev birinci prezident haqqında qanunu ləğv edən qanunvericilik aktı imzalayıb.

Elə ötən ay...

Yanvar ayının ortalarında Nazarbayevin Astanada Milli Müdafiə Universitetinin ərazisindəki heykəlini götürüblər.

Bu heykəl universitetin qarşısında 2020-ci ildə, Nazarbayevin 80 illiyi münasibətilə ucaldılmışdı.

Ötən dekabradək Milli Müdafiə Universiteti Nazarbayevin adını daşıyırdı. Həmin ay onun adı dəyişdirilərək Qazaxıstan Milli Müdafiə Universiteti olub.

Müdafiə Nazirliyində heykəlin demontajını elə universitetinin adının dəyişdirilməsi ilə izah ediblər.

Bu da bildirilib ki, heykəl Qazaxıstan silahlı qüvvələrinin hərbi-tarixi muzeyinə köçürüləcək.

XS
SM
MD
LG