Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:31

'Novaya Gazeta'ya qarşı daha bir addım. Keçmiş jurnalistə 22 il həbs


"Novaya Gazeta"nın Avropa versiyası
"Novaya Gazeta"nın Avropa versiyası

Muratov Ukraynadakı müharibəyə açıq şəkildə qarşı çıxmasına baxmayaraq Rusiyada qalıb

Moskvada məhkəmə “Novaya gazeta” qəzetinin dərgisinin qeydiyyatını ləğv edib. Bundan bir gün öncə isə qəzetin lisenziyası ləğv olunmuşdu. Rusiya fevralın sonunda Ukraynaya hərbi təcavüzə başlayandan mediaya təzyiqləri gücləndirib.

Sentyabrın 6-da Basmannı məhkəməsi “Roskomnadzor” media tənzimləyici orqanının xahişilə “Novaya rasskaz-gazeta” dərgisinin lisenziyasını ləğv edib. Qurum iddia edib ki, bu dərgi 2009-cu ilin martında qeydiyyatdan keçməsinə baxmayaraq ilk nömrəsini 2022-ci ilin iyulunda buraxmaqla qanunu pozub.

Dərginin iyul nömrəsini isə Roskomnadzor bloklayıb, qərarını “Rusiya silahlı qüvvələrinin nüfuzdan salınmasıyla” əsaslandırıb.

Sentyabrın 5-də elə həmin məhkəmə “Novaya gazeta”nın qeydiyyatını ləğv edib. Roskomnadzor iddia edib ki, qəzetin redaksiya heyəti rəhbərlikdə dəyişiklikdən sonra mətbu orqanın yeni xartiyasını Ədliyyə Nazirliyinə təqdim etməyib.

Rusiya Ukraynanı işğal edəndən bəri məhkəmələrdən azad mətbuata təzyiqi gücləndirmək üçün istifadə edir.

Keçmiş jurnalistə qarşı “qisasçılıq”

Sentyabrın 5-də keçmiş jurnalist İvan Safronov vətənə xəyanət ittihamıyla 22 il həbsə məhkum edilib. Tərəfdarları isə bu ittihamı Safronovun bir neçə il öncə Rusiyanın beynəlxalq silah sazişlərinin detallarını ifşa etməsinə görə qisasçılıq sayırlar.

“Novaya gazeta”nın baş redaktoru, 2021-ci il Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov məhkəmənin qəzetin lisenziyasını ləğv etməklə bağlı qərarını “miskin, sifarişli, siyasi” adlandırıb, “hüquqi əsası olmadığını” deyib.

“Novaya gazeta” qismən keçmiş sovet lideri Mixail Qorbaçovun ayırdığı vəsaitlə təsis edilib, 1993-cü ildən bəri postsovet Rusiyasında ən hörmətli nəşrlərdən olub. Ancaq qəzet martda Rusiyada fəaliyyətini dayandırıb. Bundan öncə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü haqda materialı vebsaytdan çıxarmağa məcbur olub.

“Novaya gazeta. Europe” təsis edilib

Qəzetin bəzi əməkdaşları Rusiyadan gedib, Latviyanın paytaxtı Riqada “Novaya gazeta. Europe” nəşrinin əsasını qoyublar. Roskomnadzor bu qəzetin Rusiyada vebsaytını bloklayıb.

Muratov isə Ukraynadakı müharibəyə açıq şəkildə qarşı çıxmasına baxmayaraq Rusiyada qalıb.

Rusiya fevralın 24-də işğala başlayandan az sonra “silahlı qüvvələri nüfuzdan salan” “saxta” informasiyanın yayılmasını kriminallaşdırıb. Rusiyada müharibəyə qarşı çıxanlara divan tutulmasında əsasən bu qanundan istifadə olunur.

Qorbaçov 1988-ci ildə Ermənistanda Qarabağ haqqında bunları demişdi
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Qorbaçov 1990-cı ildə Şərq-Qərb gərginliyinin azaldılmasındakı roluna görə Nobel Sülh Mükafatına layiq görülüb. Üç il sonra o, mükafat məbləğinin bir hissəsini kiçik, müstəqil qəzetə sərmayə qoyub, ona ilk kompüterlərini almağa kömək edib.

Qorbaçov avqustun 30-da “uzun sürən ağır xəstəlikdən” vəfat edib, sentyabrın 3-də dəfn olunub.

XS
SM
MD
LG