Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:21

Hospitalın bölmə rəisinə 2 il həbs: müharibə vaxtı rüşvətdə suçlanır


Rüşvət
Rüşvət

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazova 2 il həbs cəzası kəsilib. Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

Hökmə görə, Eyvazov 2020-ci ildə 44 günlük müharibə zamanı döyüşlərdə yaralananlardan rüşvət almaqda suçlu sayılıb. Həmin şəxslərin birdəfəlik sosial sığorta müavinəti ala bilmələri üçün mütləq xəsarət dərəcəsi müəyyənləşdirilməli idi. Cinayət işinin materiallarında iddia olunur ki, Eyvazov uyğun dərəcə verməkdən ötrü hərbçilərdən pul tələb edib.

Vasitəçiyə 1 il 6 ay həbs

Eyvazov hospitalın əməkdaşı olmuş Hüseyn Ağayevlə birlikdə mühakimə olunurdu. Ağayev rüşvət alınmasına vasitəçilikdə suçlanır. Məhkəmə ona isə 1 il 6 ay həbs cəzası kəsib.

El arasında "Papanin hospitalı" adlanan müəssisənin keçmiş işçiləri məhkəmədə özlərini qismən təqsirli bilib, peşman olduqlarını deyiblər.

Yaralı əsgər: 'Öz cibimdən günə 10 manat xərcləyirəm. YAŞAT deyir gözlə'
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Təqsirləndirilən Eyvazov və Ağayevə CM-in 311.3.2 (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilmişdi. Bu maddənin sanksiyasında cəza 8 ildən başlayır. Məhkəmə onların əməlini Məcəllənin 311.1 (rüşvət alma) maddəsinə tövsif edib. Bu maddədə isə cəza 4 ildən başlayır. Üstəlik, onlara münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulan minimum cəzadan daha aşağı cəza təyin olunması) maddəsi tətbiq olunub. Nəticədə daha yüngül cəza təyin edilib.

Vüsal Eyvazov və Hüseyn Ağayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının 2021-ci ilin iyulunda keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

XS
SM
MD
LG