Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:32

'Sərhəd bağlı olduğuna görə qızımı görməyə o yolla getmək istədim...'


Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?

Şabran rayon sakini Gül Əkbərova sərhədi qanunsuz keçmək cəhdinə görə məhkum olunub. O, özünü bu əməldə təqsirli bilir, amma deyir ki, bu addımı məcburiyyətdən atıb. Çünki uzun müddətdir ayrı qaldığı qızını görmək istəyir.

Sərhədçinin dediyi

39-yaşlı Əkbərova iyunun 12-də saat 16.00 radələrində Balakən rayonunun Poştbinə kəndi ərazisindən Gürcüstana keçmək istəyib. Həmin vaxt o ərazidə xidmətdə olan Dövlət Sərhəd Xidmətinin əməkdaşı onu görüb.

"Bir nəfərin Poştbinə kəndi ərazisindəki çaydan keçib Gürcüstan istiqamətində sərhədə doğru hərəkət etdiyini gördüm. Həmin çayı keçəndən təxminən 300 metr sonra Azərbaycan-Gürcüstan sərhəd xəttidir. Adamın Poştbinə çayını keçəndən sonra sürətlə sərhədə tərəf qaçdığını görəndə dərhal uca səslə "Dayan!" komandası verdim, yaxınlaşıb onu saxladım...", – Əkbərovanı saxlayan çavuş bildirib.

Bundan sonra Əkbərovanın barəsində cinayət işi başlanıb, ona 318.1 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham verilib. Amma istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

"Meşənin içərisinə girib təxmini istiqamət götürdüm"

Əkbərova ifadəsində sərhədi qanunsuz keçmək cəhdini Azərbaycanın quru sərhədlərindəki nəzarət-buraxılış məntəqələrindən gediş-gəlişin mümkünsüzlüyü ilə izah edib. O bildirib ki, 2001-ci ildən Türkiyə vətəndaşı ilə ailəli olub. Onlar Türkiyənin Samsun şəhərində yaşayıblar. 2008-ci ildə bir qızları doğulub. Bir müddət öncə əri ilə ayrılsalar da, 14-yaşlı qızı atasının yanında yaşayır.

Onun sözlərinə görə, xeyli vaxtdır gedib qızını görmək istəyir. Lakin təyyarə ilə getməyə maddi imkanı yoxdur: "Gürcüstana, oradan da Türkiyəyə getmək istəyirdim. Quru sərhəd bağlı, təyyarə ilə getməyə də imkan yoxdur. Meşənin içərisinə girib təxmini istiqamət götürdüm, Gürcüstan sərhədinə doğru getdim. Meşədə bir qədər gedəndən sonra sərhəd çəpəri vardı. Onu aşıb Gürcüstana keçə biləcəyimi düşündüm. Bu anda "Dayan!" qışqırığını eşidib dayandım...".

Məhkəmə sentyabrın 23-də onun haqqında hökm çıxarıb. Əkbərova CM-in 29 318.1 maddəsi ilə təqsirli bilinib və ona 750 manat cərimə cəzası kəsilib.

Azərbaycanda 2020-ci ilin martından bu yana koronavirus pandemiyası əsas gətirilərək Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə quru sərhədlərdən gediş-gəliş bağlıdır.

XS
SM
MD
LG