Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:38

Ramazan təqvimi - Bakı və bölgələr üçün


Ramazan
Ramazan

-

Sabah - iyunun 7-də Azərbaycanda orucluq başlayır.

İyunun 24-ü, 26-sı, 28-i və iyulun 2-sinin «Qədir gecəsi» olduğu güman edilir. İslam dinində, «Quran-i-Kərim»in yer üzünə nazil olduğunun düşünüldüyü günlər «Qədir gecəsi» adlandırılır.

Oruc gün ərzində 17 saatdan bir qədər çox davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə görə, iyunun 7-də orucluq səhər saat 3:10-da başlayır, 20:25-də isə başa çatır, iftar açılmalıdır.

Bayram namazının iyulun 6-da qılınacağı gözlənilir.

Ancaq həmişə olduğu kimi, Azərbaycanda Ramazan təqvimi ilə Türkiyənin təqvimi üst-üstə düşmür. Türkiyədə artıq bu gündən oruc tutmağa başlayıblar.

«Turan» İnformasiya Agentliyinin bu ziddiyyətlə bağlı verdiyi suala cavabda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadə bildirib ki, Azərbaycan təqvim hazırlayarkən Şamaxı Astrofizika Rəsədxananın hesablamalarını əsas götürür.

Təqvim - Bakı

Ancaq bəzi müstəqil ilahiyyatçılar isə deyirlər ki, əslində İdarə Ramazan təqvimini İran İslam Respublikasına uyğun tərtib edir.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. Həmin ayda oruc tutulmalıdır.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərinə xəbərdarlıq edib: «Ramazan ayı ərzində iftardan öncə açılan süfrələrdə iştirak etmək şəriətə görə, böyük günahdır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək».

Oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

XS
SM
MD
LG