Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 01:39

Ramin Hacılıya 9 il həbs cəzası tələb olundu, ölüm aclığına başladığını açıqladı


Ramin Hacılı
Ramin Hacılı

“Azərbaycan Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılıya 9 il həbs cəzası istənilib. Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib

“Azərbaycan Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılıya 9 il həbs cəzası istənilib. Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyir ki, Hacılıya qarşı dələduzluq, qanunsuz miqrasiyanın təşkili, saxta sənəd, vəzifə saxtakarlığı kimi ittihamlar məhkəmədə təsdiqini tapıb.

Söhbət xarici ölkələrə iş, müalicə, turizm məqsədilə, yaxud da mühacir kimi getmək istəyən şəxslərin aldadılması, viza almaq üçün səfirliklərə saxta sənədlərin təqdim olunmasıyla bağlı ittihamlardan gedir.

“Başqa yolum qalmadı”

Dövlət ittihamçısı Hacılının yalnız dələduzluğa görə cəzalandırılmasını istəyib. Çünki saxta sənəd və vəzifə saxtakarlığı ittihamları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.

Hacılının üzərində əvvəlki hökmlərlə ona təyin edilən, lakin çəkilib başa çatdırılmayan cəzalar var. Prokuror təklif edib ki, qalan cəzaları da birləşdirilsin və o, 9 il azadlıqdan məhrum edilsin.

Gürcüstanda və Litvada müstəqillik günü Azərbaycandan fərqli qeyd edilir
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Hacılı dövlət ittihamçısının çıxışının ədalətsiz, qərəzli olduğunu vurğulayaraq, oktyabrın 19-dan ölüm aclığına başladığını söyləyib:

“Ədalətsizliyə etiraz olaraq, ölüm aclığına başlayıram. Mənim başqa yolum qalmadı...”

Oktyabrın 26-da Hacılının vəkili çıxış etməli, ardınca özü son sözünü deyəndən sonra hökm elan edilməlidir.

Saxta sənəd ittihamı

Hacılı ona qarşı irəli sürülmüş ittihamlardan yalnız saxta sənəd ittihamıyla razılaşır. O deyir ki, dolanışığını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Onlara viza dəstəyindən ötrü müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmadığına görə hansısa şirkətlərin adından onlar üçün arayış hazırlanıb. Lakin o, heç kimi aldatmadığını, dələduzluq etmədiyini bildirir.

O, işi üzrə araşdırmaların natamam aparıldığını, müstəntiqin qərəzli olduğunu deyir.

Əvvəllər “Dalğa” Gənclər Hərəkatının sədri olan Ramin Hacılı sonradan bir müddət Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub.

O, 2017-ci ildə ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Məhkəmənin hökmüylə ona şərti cəza verilib. 2018-ci ildə sərhədi qanunsuz yolla keçməyə cəhddə suçlanaraq yenidən saxlanılıb.

Hacılı bildirmişdi ki, borcları var və xaricə gedib işləyərək, borclarını qaytarmaq üçün sərhədi qanunsuz keçməyə çalışıb. Çünki üzərində şərti cəza olduğuna görə qanuni yolla ölkədən çıxa bilmirdi.

XS
SM
MD
LG