Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 01:21

Sabirabad bazarında baş verən yanğın söndürülüb (Video)


Sabirabad bazarında yanğın
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Sabirabad bazarında yanğın

9000 kv.m sahənin yandığı bildirilir.

Sabirabad şəhərindəki mərkəzi bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə oktyabrın 23-də nazirliyin rəsmi saytə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazarın ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000 kv.m sahədə yanıb.

Bazarın böyük hissəsi və digər ticarət obyektləri, habelə bitişik evlər yanğından mühafizə olunub.

Yanğının gecə saatlarında baş verdiyi bildirilir.

Yanğınla mübarizədə Sabirabad, İmişli, Hacıqabul, Saatlı rayonlarının Yanğından Mühafizə hissələri və Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 12 ədəd yanğın texnikası və 88 nəfər canlı qüvvəsi iştirak edib.

Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur, araşdırma aparılır.

XS
SM
MD
LG