Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:42

Səməd Seyidova AŞPA-da vəzifə verildi


Səməd Seyidov
Səməd Seyidov

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA monitorinq komitəsinin sədr müavini seçilib.

APA-nın məlumatına görə, səsvermə sentyabrın 28-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin iclasında baş tutub.

Səməd Seyidov toplantıda çıxış edərkən bunun Azərbaycana olan etimadın göstəricisi olduğunu bildirdi. “Mən bu posta Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu uzun illər mənim Monitorinq komitəsində işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana olan etimadın göstəricisidir. Xüsusilə Monitorinq Komitəsinin, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir"-deyə o vurğulayıb.

XS
SM
MD
LG