Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:39

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

Azərbaycan XİN-dən Türkiyə hadisələrinə reaksiya

Bəyanatda qonşu ölkədə baş verənlər «demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdi» adlandırılır: «Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək, buna qarşı çıxmışdır».

Bəyanatda Azərbaycanın Türkiyə xalqı və dövlətinin yanında olduğu bəyan edilir, tezliklə vəziyyətin tam sabitləşəcəyinə və normallaşacağına əminlik ifadə olunur.

Tava vs. Tank

Ölkə, deyəsən, ötən gecədən sonra özünə gəlir. Sosial şəbəkələrdə artıq zarafatlaşırlar. «Buna bax e, əlində tavalar tutan xalq tank və vertolyotla gələn xuntadan daha çox tab gətirdi :)» - uzun müddət İstanbulda yaşamış bir qız yazır.

R.T.Erdoğan və Hulusi Akar
R.T.Erdoğan və Hulusi Akar

General xilas edilib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib.

Bu məqsədlə onun saxlanıldığı Akıncılar hərbi bazasında xüsusi əməliyyat keçirilib.

NTV onun etibarlı bir yerə aparıldığını xəbər verir.

Türkiyə Hava Qüvvələrinin bazası olan Akıncı Ankaradan 35 km aralıda yerləşir.

Neftin qiyməti qalxır

Türkiyədə hərbi çevriliş cəhdindən sonra neftin qiyməti qalxıb.

«Brent» neftinin barreli 1.01 faiz bahalanaraq 48.09 dollara bərabərləşib. ABŞ Qərbi Texas nefti isə 0.72 faiz qalxaraq, barreli 46.28 dollara bərabər olub.

«Reuters» agentliyi qeyd edir ki, Türkiyə böyük neft istehsalçısı olmasa da, buradan neft kəmərləri keçir. Yaxın Şərqdə sabitsizlik yarananda isə, neft, adətən, bahalanır.

«Again Capital» şirkətinin təsisçisi John Kilduff də CNBC-yə deyib ki, neftin bahalanması sırf Türkiyədə baş verənlərlə bağlıdır.

Davamı

XS
SM
MD
LG