Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 00:08

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
11:44 9.6.2014

KRIMDA RUSİYA POLİSİ


Ukraynadan Rusiyanın tərkibinə keçmək Krım sakinlərinin həyatında müəyyən dəyişiklik yaradıb. Deyilənlərə görə, Rusiyada pensiyalar Ukraynadan yüksəkdir, valyuta kimi rubl hrivnadan güclüdür, ola bilər ki,maaşlar da artıqdır, Amma yol polisi mənasında Krım sakinlərinin bəxti elə də gətirməyib. Rusiyanın müxtəlif vilayətlərindən yarımadaya ezam olunan polis əməkdaşaları özləri ilə "vətəndaşlarla rəftar ənənələrini də gətitiblər". Bu videonu çəkən adam ictimai nəzarət qrupunun üzvüdür. Deyir ki, vəziyyət Rusiya polisindən ikiqat nəzakət tələb edir, axı Krımlılara göstərmək lazmdır ki, Ukraynadan ayrılmaqda düzgün iş görüblər. O, yol hərəkətini tənzimləmək əvəzinə maneə yaradan polis əməkdaşının kobud hərəkətinin görüntülərini Rusiya prezidentinə göndərəcəiyini deyir.
00:09 9.6.2014

POROSHENKO - 1 HƏFTƏYƏ ATƏŞ DAYANMALIDIR


Ukrayna prezidenti Petro Poroshenko Rusiya səfiri Mikhail Zurabov-la görüşdə artıq 1 həftə ərzində atəşin dayandırılması, Ukrayna şərqində dövlət qurumlarının işə başlamasını vəd edir. Onun sözlərinə görə, Ukrayna-Rusiya sərhəddinin normal iş rejiminə keçməsi sülh planının əsas hissəsidir. Kiyevəd keçirilən bu görüşü, Fransada Qərb dövlətlərinin vasitəçiliyi ilə baş tutan qısamüddətli Rusiya-Ukrayna danışıqlarının davam kimi qiymətləndirilər.
23:58 8.6.2014

SEPARATÇILARIN SEÇKİ SƏNƏDLƏRİ HƏM DƏ SƏFƏRBƏRLİK SİYAHISIDIR


Severodonetsk şəhərinin sakinlərinə özünü Luqansk Xalq respublikasının və Cənub-Şərq cəbhəsinin nümayəndələri elan etmiş şəxlərdən xəbərdarlıq gəlib. "mayən 11-də LXR-nın müstəqilliyinə səs verənlərin hamısı özünümdafiə dəstələrinə yazılmalıdır. Bizdəki seçki siyahısında hamının adı var".

Davamı

XS
SM
MD
LG