Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:31

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi (Arxiv)

14 il boyunca Göygöl, Samux və İmişli rayonlarının icra başçısı olmuş Vilyam Hacıyevin cəzası azaldılıb. Ali Məhkəmədə Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar verib. Bakı Ağır Cinayətlər Məhkəməsində kəsilmiş 12 illik cəza 8 il 6 aya endirib. Bu zaman Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyənləşdirilmiş cəzadan daha yüngül cəza təyini) maddəsi tətbiq edilib.

V.Hacıyev 2004-2020-ci illərdə icra başçısı vəzifəsində çalışıb. O, öncə 2 il Göygöl rayonunun, ardınca 6 il Samuxun icra başçısı olub. 2012-ci ildən 2020-ci ilin mayında həbs olunanadək isə İmişli rayonuna rəhbərlik edib.

V.Hacıyev 7 milyon manatdan çox yeyintidə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və başqa əməllərdə suçlanır.

O, 2020-ci ilin mayında həbs edilib

2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub və 12 il həbs cəzası verilib.

Özünə və ailə üzvlərinə məxsus təxminən 5 milyon 400 min manatlıq əmlak, o cümlədən saxlanılarkən, evindən və iş otağından tapılan pullar müsadirə olunub. Dövlət nəfinə müsadirə edilən əmlaklar arasında Hacıyevlər ailəsinə məxsus evlər, avtomobillər var. Onların da çoxu keçmiş icra başçısının həyat yoldaşının, bir avtomobil də oğlunun adınadır.

Müsadirə edilmiş əmlaklar arasında Bakıda "milyonçular məhəlləsi" adlanan ərazidə - Teymur Əliyev küçəsindəki 1.8 milyon manatlıq ev, Nərimanov rayonu, Sabit Rəhman küçəsindəki 275 min manatlıq mənzil, Nardarandakı 2.7 milyon manatlıq bağ evi, Xırdalandakı dörd mənzil, "Bentley" və BMW markalı avtomobillər var.

Bu üzdən, hökmdən sabiq icra başçısının özü ilə yanaşı, həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev də yuxarı instansiya məhkəmələrinə şikayət vermişdilər.

Sabiq icra başçısı özünü təqsirli bilmir, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmır. O, məhkəmədə sifarişlə həbs edildiyini bildirib.

XS
SM
MD
LG