Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:25

Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq


Xocalı faciəsindən 25 il keçir.
Xocalı faciəsindən 25 il keçir.

Xocalı faciəsinin iyirmi beşinci ildönümü dövlət səviyyəsində qeyd olunacaq.

Prezident İlham Əliyev yanvarın 24-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib və şəhəri yerlə yeksan edib.

Buna da bax:​ Cibuti Xocalı faciəsini soyqırımı kimi tanıyıb

Sərəncama görə, Prezident Administrasiyası Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbirlər planını hazırlamalı, həmin panın həyata keçirilməsini təmin etməlidir.

Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

Buna da bax: Xocalı faciəsi ilə bağlı yeni qanun layihəsi

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

XS
SM
MD
LG