Obamanın 2021-ci ildə bəyəndiyi filmlər

Barak Obama

ABŞ-ın keçmiş prezidenti Barak Obama hər ilin ən çox bəyəndiyi filmlərinin siyahısını açıqlayır. İl sona yaxınlaşarkən o, yenə də ənənəsinə sadiq qalaraq 2021-ci ilin ən yaxşı filmlərinin adlarını paylaşıb.

"Yaxın bir neçə gün ərzində mən illik sevimli kitab, musiqi və film siyahımı paylaşacağam. Sənət hər zaman ruhu qoruyur və qidalandırır. Ancaq mən musiqi və hekayə söyləmənin bu pandemiya ilində xüsusilə vacib olduğunu hiss etdim", –Obama Twitter-də yazıb. Bunun ardınca isə bu il ərzində tanış olub bəyəndiyi sənət nümunələrinin adlarını paylaşmağa başlayıb.

Buna da bax: 'Oskar'ın xarici film nominasiyasına namizədlər

"Oskar"a namizədlər

Indiewire saytı yazır ki, Obamanın film siyahısında tənqidçilərin də favoriti olan "Drive My Car" filminin adı var. Bu film Yaponiyanın builki "Oskar" mükafatına namizədidir.

Siyahıya bundan başqa amerikalı musiqiçi Questlove-ın "Summer of Soul" filminin də adı salınıb. Bu filmin də "Oskar" mükafatı alacağına ümid var.

Daha sonra Stiven Spilberqin müzikl janrında ilk filmi olan "West Side Story""The Power of the Dog" psixoloji vestern dramının adları çəkilir.

Obama, bundan başqa, "Pig", "Passing", "The Card Counter", "Judas and the Black Messiah", "The Worst Person in the World", "Old Henry", "The Last Duel", "The Tragedy of Macbeth", "C'mon C'mon""Quo Vadis, Aida?" filmlərinin adlarını qeyd edib.

Buna da bax: Spilberqin 'Vestsayd hekayəsi'

Güclü hekayə

Bunlardan "Judas and the Black Messiah" "Oskar"a layiq görülüb. "The Worst Person in the World" filmi isə Norveçin builki "Oskar" mükafatına namizədidir. "Quo Vadis, Aida?" filmi isə ötən il Bosniyanın "Oskar"a namizədi olmuşdu. Yasmila Jbaniçin bu filmi "Oskar" qazanmasa da, çox sayda beynəlxalq festivallarda iştirak edib və mükafatlara layiq görülüb.

"Bu filmlərin hər biri güclü bir hekayə nəql edir və ümid edirəm ki, siz də onları mən bəyəndiyim qədər bəyənəcəksiniz", – Obama yazıb.

Hər ilin sonunda, eyni zamanda, film tənqidçilərinin siyahıları çıxmağa başlayır. Maraqlıdır ki, həm IndieWire saytının siyahısında, həm də tənqidçilər arasında keçirilən sorğunun nəticələrində "The Power of the Dog" filmi birinci yerdədir.

Buna da bax: Eks-prezident Obamanın tövsiyə etdiyi 11 kitab

Kitablar

"Esquire" jurnalı isə Obamanın paylaşdığı kitab siyahısını dərc edib. Siyahıda Kolson Uaythedin "Harlem Shuffle" kitabının, Loren Qroffun şairə Fransalı Mariya haqqında "Matrix" adlı tarixi romanının adları var.

Obama, bundan başqa, Klint Smitin Amerikada quldarlığın tarixinə həsr olunmuş "How The World Is Passed", Douni Uoltonun "The Final Revival of Opal&Nev", Amor Toulsun "The Lincoln Highway", Andrea Elliottun Amerikada yoxsulluğu əks etdirən "Invisible Child" kitabını da siyahısına daxil edib.

"Cloud Cuckoo Land" (Entoni Dorr), "These Precious Days" (Enn Petçett), "Crying in H-Mart" (Mişel Zauner), "Aftershocks" (Nadya Ovusu), "Crossroads" (Conatan Franzen), "Beautiful Country" (Syan Culi Van) də Obamanın oxuyub bəyəndiyi kitabların siyahısındadır.