Şirvanda zavodda partlayış olub, ölən var...

Arxiv fotosu

İyulun 24-də səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" Məhdud Məsuliyyətli cəmiyyətində (MMC) partlayış baş verib.

"Turan" Agentliyinin xəbərinə görə, partlayışın M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verdiyi deyilir.

Nazirlikdən agentliyə bildirilib ki, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə əlavə edilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Buna da bax: Bundan əvvəl-2016-cı ildə də Şirvandakı silah zavodunda da partlayış olmuşdu

Xatırlatma

Bu Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunda baş verən birinci partlayış deyil. 2016-cı ildə zavodda baş verən partlayış nəticəsində 2 nəfərin həlak olduğu, 10-dan çox şəxsin isə xəsarət aldığı açıqlanmışdı.

Həmin olaydan bir il əvvəl, iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda da partlayış olduğu bildirilmişdi. Onda isə 1 nəfərin öldüyü, 11 nəfərin yaralandığı deyildi.