Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:41

NİDA-çı gənclərin aclıq aksiyası ilə bağlı qərarı məhkəmənin qərarından asılı olacaq


-
NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü acliq aksiyasını davam etdirir. Bu haqda AzadlqRadiosuna hərəkatın İdarə Heyətinin üzvü Aygül Pəncəliyeva məlumat verib:

“Artıq 19 gündür aclıq davam edir. Qohumları Üzeyir Məmmədli ilə görüşüblər. Üzeyirin vəziyyəti çox pisləşib. Qohumlarının dediklərinə görə, başını güclə bədəninin üstündə saxlayırmış. Digər NİDA-çılarla qohumları telefonda danışıblar. Onların vəziyyəti yaxşı deyil. Buna baxmayaraq aclıq aksiyasını davam edəcəklərini deyiblər. Üzeyir deyib ki, aksiyanın davam etdirib-etdirməyəcəklərini məhkəmənin çıxaracağı qərardan sonra müzakirə edəcəklər”.

8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Aprelin 20-də onların valideynləri də övladlarının buraxılması üçün aclıq elan etmişdilər. Ancaq övladlarının “siz aclığı dayandırmasanız, biz quru aclığa başlayırıq” mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdıqlarını bildiriblər.

YAP icra katibinin müavini Mübariz Qurbanlı valideynlərin və 8 NİDA-çının aclıq aksiyalarını məhkəməyə təzyiq adlandırıb.

Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını təkzib edib. Xidmətdən bildiriblər ki, onlar təcridxanada normal qidalanırlar.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər.
XS
SM
MD
LG