Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:43

Netanyahu deyir ki, Yerusəlimə raket atılması ilə ‘qırmızı xətt’ keçilib


İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

Fələstinin səhiyyə rəsmiləri bidlirirlər ki, Qəzzada 9 uşaq da daxil 20 ölüm hadisəsi qeydə alınıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, mayın 10-da Yerusəlim istiqamətində raket atmaqla Həməs “qırmızı xətt” keçib.

Artıq üçüncü gündür ki, Fələstin etirazçıları ilə İsrail polisi arasında əl-Əqsa məscidinin yaxınlığında toqquşmalar davam edir.

Bu toqquşmalar zamanı yüzlərlə fələstinli xəsarət alıb.

Qəzza tərəfindən raketlərin atılması vəziyyəti daha da gərginləşdirib.

İsrail tərəfi Qəzzadan atılan raketlərə həmin raketlərin atıldığı nöqtələrə və silahlılara hava zərbələri endirməklə cavab verib.

Fələstinin səhiyyə rəsmiləri bidlirirlər ki, Qəzzada 9 uşaq da daxil 20 ölüm hadisəsi qeydə alınıb.

Ölənlərdən 7-sinin, 3 uşaq da daxil bir ailənin üzvləri olduqları xəbər verilir. Bu hadisənin İsrailin hava zərbələri zamanı yanlış atılan raketin partlayışı nəticəsində baş verib-vermədiyi məlum deyil.

AFP agentliyi kimliyi bilinməyən yerli hakimiyyət rəsmisinə istinadən ölənlərin arasında vəzifəli Həməs komandanının da olduğunu xəbər verib.

Yerusəlim Günündə

Həməs tərəfindən raketlər mayın 10-da İsrailin qeyd etdiyi Yerusəlim Günündə atılıb. Hər il bugün şəhərin şərq sektorlarının 1967-ci il müharibəsi zamanı zəbt olunması qeyd edilir.

Netanyahu hazırkı vəziyyət barədə bunları deyib:

"Biz bir çox cəbhələrdə mübarizə aparırıq. Yerusəlimdə, Qəzzada və İsrailin başqa yerlərində. Gəzzadakı terrorçu təşkilatlar Yerusəlim Günündə gecə Yerusəlimə raketlər atmaqla qırmızı xətti keçiblər. İsrail buna çox güclü şəkildə cavab verəcək”.

İsrail ordusu bildirir ki, raketlərdən biri İsrailin cənubunda mülki avtomobilin üstünə düşərək bir nəfəri yaralaylıb.

Birləşmiş Ştatlar Yerusəlimə raket atılmasını “yolverilməz eskalasiya” adlandırıb və tərəfləri vəziyyəti sakitləşdirmək üçün müvafiq addımlar atmağa çağırıb.

Bundan əvvəl Fələstin Qırmızı Aypara Cəmiyyəti 305 fələstinlinin xəsarət aldığını bildirmişdi. Məlumatda deyilirdi ki, bunlardan 228-i xəstəxanaya yerləşdirilib.

İsrail tərəfi 21 polisin yaralandığını bildirib.

***

Mayın 10-da İsrail polisi Yerusəlimdə fələstinli etirazçılarla toqquşub. Artıq üçüncü gecədir ərazidə zorakılıq davam edir.

Polisin gözyaşardıcı qaz və səs qumbaralarından istifadə etdiyi, etirazçıların polisə daş və digər əşyalar atdığı, onlarla insanın yaralandığı bildirilir.

Zorakılıqlar Əl-Aksa məscid kompleksində baş verib.

Şəhərdə illik yəhudi millətçi paradı öncəsi polisin əraziyə girişi əngəlləməsini fələstinlilər məqsədli provokasiya hesab edirlər.

Son üç gündə toqquşmalarda yüzlərlə fələstinli və 20-dən çox israilli polis xəsarət alıb.

Mayın 10-da fələstinli ailələrin yəhudilərin iddia etdiyi evlərdən çıxarılması üzrə məhkəmə olmalıydı, amma İsrailin Baş prokurorunun xahişilə iclas təxirə salınıb. 30 gün ərzində yeni iclas təyin olunmalıdır.

Evlərdən çıxarılma üzrə göstərişdən 70-dən çox insan şikayət verib.

***

Əl-Aksa məscidinə hücumları dayandırmağa çağırırlar

İordaniya İsraili Yerusəlimdəki (Qüds) Əl-Aksa məscidində dindarlara hücumları dayandırmağa çağıraraq bildirib ki, İsrail ərəblərin hüquqlarını təmin etməklə beynəlxalq hüquqa sayqı göstərməlidir.

“İsrail polisi və təhlükəsizlik qüvvələrinin etdikləri, məscidə qarşı pozuntulardan tutmuş dindarlara hücumlara qədər barbar davranışıdır, rədd edilir və pislənir”, – İordaniya hökuməti bəyanatında bildirib.

Son günlər Yerusəlimdə etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmalarda onlarla fələstinli yaralanıb.

Bu, son illərin ən ağır toqquşmaları sayılır, iğtişaşların daha da yayıla biləcəyi sarıdan qlobal narahatlığa səbəb olub.

Ərəb ölkələrinin mövqeyi

İordaniya Kralı II Abdulla Yerusəlimdəki müsəlman və xristian məbədlərinin qəyyumu sayılır. O, mayın 9-da “İsrailin yol verdiyi pozuntuları və vəziyyəti qızışdırması”nı pisləyərək İsraili “yerusəlimlilərə qarşı provokasiyaları” dayandırmağa çağırıb.

Əmmanda yüzlərlə etirazçı İsrail səfirliyinin bağlanmasını tələb edib.

Son bir ildə İsraillə münasibətləri normallaşdırmış dörd ərəb ölkəsi – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan da İsrailin hərəkətlərini pisləyib, fələstinlilərə dəstək bildirib.

Tunis bildirib ki, mayın 10-da onun xahişilə BMT-nin Təhlükəsizlik Şurası zorakılıqla bağlı qapalı iclas keçirəcək.

İslamın üçüncü müqəddəs məbədi sayılan Əl-Aksa məscidi və yəhudilərin iddia etdiyi ərazilərdən fələstinlilərin çıxarılmasının gözlənilməsi ətrafında gərginlik qızışıb.

Fələstinin Qırmızı Aypara Cəmiyyəti mayın 9-da bildirib ki, ötən gecə toqquşmalarda 120-dək fələstinli rezin güllələr və səs qumbaralarından xəsarət alıb.

İsrail polisi 17 əməkdaşının yaralandığını bildirir.

Məscidə 90 minədək fələstinli gedib

Mayın 8-də, Ramazanın müqəddəs Qədr gecəsində Əl-Aksa məscidinə 90 minədək fələstinlinin getdiyi bildirilir.

Mayın 7-nə keçən gecə isə əsasən fələstinlilər olmaqla 220-dən çox insan yaralanmışdı. Polis fələstinlilərin onlara daş, fişəng atdığını deyərək məscidə basqın etmişdi.

İsrailin Baş naziri Bencamin Netanyahu mayın 9-da bəyan edib ki, ölkəsi ibadət hüququnu qoruyur və Əl-Aksa məscidinin yerləşdiyi, yəhudilərin Məbəd Dağı adlandırdığı ərazidə iğtişaşa yol verməyəcək.

Ancaq polis ötən gecə yollarda maneələr quraraq Qüdsün İçəri şəhərinə gedən yolu məhdudlaşdırmaq istədiyini bildirib. Nəticədə yüzlərlə insanın ibadətə getməsi önlənib.

Yəhudilər mayın 9-da axşamdan başlayaraq Yerusəlim Gününü qeyd edirlər. 1967-ci il müharibəsi nəticəsində İsrail Şərqi Yerusəlimi ilhaq edib. İsrailin mübahisəli şəhərə bütünlükdə iddiasının göstərisi olan Yerusəlim Günü paradı isə mayın 10-da keçirilməlidir.

Əl-Aksa kompleksinin yerləşdiyi Şərqi Yerusəlim İsrail-Fələstin münaqişəsinin əsas məsələsidir, keçmişdə də zorakılığa səbəb olub.

XS
SM
MD
LG